BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəstə uşağın valideynini aldadan saxta polkovnikə hökm oxundu

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Dəmir Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə cinayət iş üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv olunub.


İttihama görə, Dəmir Quliyev tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş M.M.-in (şərti) sosial şəbəkədə azyaşlı övladının ağır xəstəlikdən əziyyət çəkdiyini və bu məqsədlə övladına yardım edilməsi məqsədi ilə aidiyyəti qurumlara və ölkə rəhbərliyinə çoxsaylı müraciətlər etməsi barədə məlumatların yayıldığını görüb. O, 2022-ci ildə zərərçəkmiş şəxsin mobil nömrəsinə zəng edib, yalandan özünü Azərbaycan Prezidenti Administrasiyasında Aparat rəhbəri, polkovnik Vəliyev kimi təqdim edib, çoxsaylı müraciətlərinin ölkə rəhbərliyi tərəfindən nəzarətə götürüldüyünü və övladına bununla bağlı ilkin olaraq 2800 manat yardım ediləcəyi və kirayə qaldığı üçün xüsusi mənzillə təmin olunacağı barədə yalan vədlər verərək onu inandırıb. Dəmir bu niyyətlə M.M.-in mobil nömrəsi ilə “Milliön” onlayn ödəmə aparatı vasitəsi ilə “portmanat.az” saytında qeydiyyatdan keçməsini təmin edib, sonra sənədlərin düzəldilməsi adı ilə zərərçəkmiş şəxsdən ödəmə terminalı vasitəsi ümumilikdə 1545 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

 

Kamal Məmmədov 

Tarix: 5 Dekabr 2023, 09:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin