BURADA REKLAMINIZ OLA
BİLƏR

Vüqar Gülməmmədov: “Son 20 ildə büdcə gəlirləri və xərcləri 30 dəfə artıb”

Son 20 ildə Azərbaycanda dövlət büdcəsinin gəlirləri 1,2 milyard manatdan 34,9 milyard manata, xərcləri isə 1,2 milyard manatdan 35,9 milyard manata yüksəlib.

 

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.

 

Onun sözlərinə görə, bu da büdcə gəlirlərinin və xərclərinin təxminən 30 dəfə artması deməkdir.

 

“O cümlədən, 2003-cü ildən bəri milli təhlükəsizlik və hüquq-mühafizə orqanları ilə bağlı xərclər 56 dəfədən çox artaraq 155 milyon manatdan 8,7 milyard manata, sosial xərclər 20 dəfədən çox artaraq 551,8 milyon manatdan 11,1 milyard manata yüksəlib. Hesabat dövründə ölkəmizin ümumi daxili məhsulunun nominal ifadədə artımı təxminən 13 dəfə olub”, - deyə sədr qeyd edib.

 

Oxu.az

Tarix: 5 Dekabr 2023, 10:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin