BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat bahalaşmadan narazılıq edənlərə: “Son zamanlar ət, taxıl, buğda və digər ərzaq məhsullarının qiyməti aşağı düşüb...”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov bahalaşma ilə bağlı narazılıqlara münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, vəziyyət deyilənlərin əksidir: “Son zamanlar istər ət məhsullarının, istərsə də taxıl, buğda və digər ərzaq məhsullarının qiymətinin aşağı düşməsi haqda xəbərləri eşidirəm. Diqqət etsəniz, satışda qiymətlər bir neçə ay əvvəlki ilə müqayisədə fərqlidir. Mən belə bilirəm. Aidiyyəti qurumlar qeyri-qanuni bahalaşmanın qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirirlər ki, süni qiymət artımı olmasın. Dövlətin bu istiqamətdə öz siyasəti var”.

 

A.Məmmədov bildirib ki, bəzi məhsulların qiymətinin qalxması təbiidir: “Bilirsiniz ki, Azərbaycan dünyadan təcrid olunmuş şəkildə yaşamır. 44 günlük Vətən müharibəsindən sonrakı dövrlərdə anti-terror tədbirlərinin həyata keçirilməsi, eyni zamanda Rusiya-Ukrayna müharibəsi, paralel olaraq Qəzzada baş verən hadisələr istər-istərməz müəyyən təsirlərini göstərir. Bunu normal qəbul etmək lazımdır. Dünyada baş verən hadisələr, inflyasiya mütləq Azərbaycana da siraət edir. Çünki Azərbaycan da dünyanın bir parçasıdır. Bəzi dövlətlərlə müqayisəli şəkildə təhlil etsək, müəyyən məhsulların qiymətində xaricdən idxala görə artım müşahidə oluna bilər. Məsələ müvafiq qurumların nəzarətindədir. Məqsədli şəkildə qiymət artırılmasının qarşısı alınmalıdır, alınır da...”

 

Aytəkin Qardaşova

Tarix: 5 Dekabr 2023, 11:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin