BURADA REKLAMINIZ OLA
BİLƏR

Şənlik mərasimində silahlı insident nəticəsində 9 nəfər yaralandı

Türkiyənin Balıkəsir şəhərinin Dursunbəy rayonunda şənlik mərasimində baş verən silahlı insident zamanı bir neçə nəfər yaralanıb.

 

Məlumata görə, şübhəli şəxs M.Y.K. düşmənçilik etdiyi ailənin olduğu yerə doğru atəş açıb. Bundan sonra digər şübhəli E.K. da mərasim iştirakçılarına tüfəngdən atəş açıb.

 

Hadisə nəticəsində 9 nəfər yaralanıb. Yaralılar Dursunbəy Dövlət Xəstəxanasına aparılıb.

 

Hadisəni törətməkdə şübhəli bilinənlərdən biri saxlanılıb. Hazırda digər şübhə şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

 

Faktla bağlı araşdırma aparılır./Report

Tarix: 6 Dekabr 2023, 07:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin