BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanda ömürlük həbs cəzası verilən hərbçinin anası: "Azərbaycan dövləti bir əsgərini belə düşmən əlində buraxmayıb, buraxmaz da..."

Xəbər verdiyimiz kimi, Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib.

 

H.Axundovun anası Şəlalə Axundova Pravda.az-a açıqlamasında çağırış edib.

 

“Heç nədən xəbərimiz yox idi. Mənə indi yaxınlarım xəbər verdilər. “Telegram”da da oxudum. Jurnalistlər gəlsinlər, çəkiliş etsinlər. Çağırış etmək istəyirəm. Hara gedəcəyimi, nə edəcəyimi bilmirəm... Artıq ürəyim partlayır. Daha bəsdir, balamı gətirin. Cənab Prezidentimizdən xahiş edirəm, Hüseyni düşmən əlində buraxmasın. İnanıram ki, dövlətimiz tədbir görəcək. Azərbaycan dövləti bir əsgərini belə düşmən əlində bu günə qədər buraxmayıb, buraxmaz da. Balam düşmən torpağında çürüyəsi deyil. Günahsız yerə görün oğluma nələr edirlər”, - o bildirib.

 

Aytəkin Qardaşova

 

Tarix: 6 Dekabr 2023, 13:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin