BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan İsrailə xəbərdarlıq edib: Türkiyədə əməliyyat keçirsələr, bədəli ağır olacaq

Türkiyədə (əməliyyat) addım atmağa cürət edərlərsə, bunun bədəlini çox, amma çox ağır ödəyərlər.

 

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan KİV-də İsrail xüsusi xidmət orqanlarının HAMAS üzvlərinə qarşı bir neçə ölkədə, o cümlədən Türkiyədə əməliyyat keçirəcəklərinə dair məlumatlara münasibət bildirərkən deyib.

 

“Bizi tanımırlar. Türkiyənin kəşfiyyat sahəsində qət etdiyi məsafəni dünyada bilməyən yoxdur. Biz dünən qurulmuş bir dövlət deyilik”, - Ərdoğan qeyd edib./APA

Tarix: 6 Dekabr 2023, 14:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin