BURADA REKLAMINIZ OLA
BİLƏR

“Maaş kartından pul çıxaranda utanırsan?” – “Neftçi”nin hücumçusuna ünvanlanan sual

“Neftçi”nin argentinalı hücumçusu Lukas Melano jurnalistlərin önünə çıxıb.

 

Klubun media mənsubları üçün təşkil etdiyi ənənəvi mətbuat konfransında argentinalı forvard media əhlinin suallarını cavablandırıb.

 

30 yaşlı futbolçu əməkdaşımızın “Komandada yer alan dörd hücumçu cari mövsümdə cəmi 1 qol vurub. Maaş kartından pul çıxaranda utanırsınızmı” sualını bu cür cavablandırıb:

 

“Özümdən və digər hücumçuların performansından razı deyiləm. Bizim əsas vəzifəmiz qol vurmaqdır, lakin bunu edə bilmirik.

 

Mən komandaya qoşulanda çempionat davam edirdi. Yəni yay toplanışında kollektivlə birgə hazırlıq keçməmişdim. Uyğunlaşma dövrünü tez başa vurmağa çalışırdım. Bildiyiniz kimi, yeni gəldiyim dönəmlərdə az şans qazanırdım. Yalnız son matçlarda əsas heyətdə yer almağa başlamışam.

 

Həftəiçi məşqlərdə öz üzərimdə çox çalışıram. Məqsədim qolları sıralamaqla “Neftçi”yə fayda verməkdir. Düzdür, hələ ki, alınmır. Qarşıdakı oyunlarda bunun öhdəsindən gəlməyə çalışacağam”.

 

“Neftçi”nin sentyabrda heyətinə qatdığı argentinalı forvard 7 oyunda 306 dəqiqə şans qazansa da, qol hesabını aça bilməyib./Sportinfo.az

Tarix: 6 Dekabr 2023, 16:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin