BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını amansızlıqla öldürən şəxs apellyasiya tələblərindən imtina etdi

Sumqayıt Apellyasiya Məhkəməsində Qusarda arvadını bıçaqlayaraq öldürməkdə təqsirli bilinən Farik Mollayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, apellyasiya tələblərindən imtina olunub.

 

Qərara əsasən, apellyasiya şikayətinə baxılmasına xitam verilib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Farik Mollayev 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə Qusarın Piral kəndində baş verib. Kənd sakini, 44 yaşlı Farik Pakiddin oğlu Mollayev həyat yoldaşı 34 yaşlı Oksana Minbər qızı Mollayevanı bıçaqlayaraq qətlə yetirib. Məlumata görə, 17 bıçaq zərbəsi alan qadın elə hadisə yerində keçinib. Cinayəti törətməkdə şübhəli bilinən Farik Mollayev polis əməkdaşları tərəfindən saxlanılıb. O, ifadəsində arvadını qısqanclıq zəminində öldürdüyünü bildirib.

 

Kamal Məmmədov

Tarix: 7 Dekabr 2023, 09:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin