BURADA REKLAMINIZ OLA
BİLƏR

Qohumunu güllələyərək öldürən şəxs yenidən məhkəmə qarşısına çıxarıldı

Gəncə Apellyasiya Məhkəməsində Bərdədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən Sərvan Hacıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
 

Məhkəmənin növbəti iclası dekabrın 18-nə təyin edilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsnin hökmü ilə S.Hacıyev 11 il azadlıqdan məhrum edilib. 

 

Qeyd: Bərdə Rayon Polis Şöbəsinə ötən il yanvarın 22-də Lənbəran kəndi ərazisində kənd sakini S.Hacıyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi və qohumu İsrafil Hüseynova xəsarət yetirməsi barədə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Xəstəxanaya yerləşdirilmiş İ.Hüseynov ölüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hacıyev polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayətin aləti olan “Adler Arms” markalı ov tüfəngi götürülüb.

 

Kamal Məmmədov

Tarix: 7 Dekabr 2023, 09:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin