BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadınları cinsi istismara məruz qoyan şəxslərlə bağlı qərar açıqlandı

Ali Məhkəmədə qadınları cinsi istismara məruz qoymaqda təqsirləndirilən Aynur Fərruxova və Şirin Məmmədovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd: Rəsmi məlumata görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək Türkiyənin Balıkesir şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən A.Fərruxova və Ş.Məmmədova tutulublar. Faktla bağlı başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmünə əsasən, A.Fərruxova və Ş.Məmmədova Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə (İnsan alveri) təqsirli bilinərək hər biri 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Kamal Məmmədov

Tarix: 7 Dekabr 2023, 09:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin