BURADA REKLAMINIZ OLA
BİLƏR

Atasını qətlə yetirən şəxs yenidən məhkəmə qarşısında

Şirvan Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Emil Qulyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
 

Məhkəmənin növbəti iclası dekabrın 14-nə təyin edilib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü il C.Bədirxanovun hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğu müyəəyn edilib, o cinayət məsuliyyətindən və cəzadan azad edilib. Təqsirləndirilən şəxsin barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb. 

 

Qeyd: Hadisə İmişli rayonunun Hacırüstəmli kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü C.Bədirxanov münaqişə zəminində atası, 1960-cı il təvəllüdlü Məmməd Bədirxanovu kürək nahiyəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilsə də, bir müddətdən sonra orada ölüb.  C.Bədirxanov şübhəli şəxs qismində tutulub. Faktla bağlı cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

 

Tarix: 7 Dekabr 2023, 09:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin