BURADA REKLAMINIZ OLA
BİLƏR

Kompleks Qazma İşləri Tresti cərimələnə bilər

ARDNŞ-nin “Kompleks Qazma İşləri” Trestinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, trestə protokol Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü (Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir) maddəsi əsasən tərtib olunub.

 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır. Baxış iclası dekabrın 15-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 7 Dekabr 2023, 10:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin