BURADA REKLAMINIZ OLA
BİLƏR

Hafiz Hacıyev: “Prezident seçkilərində iştirak edəcəyəm”

“Hazırda Partiyada toplanmışıq. Sabah 10:00-da Partiyanın İdarə Heyəti və Siyasi Şuranın üzvləri ilə yığışıb qərar verəcəyik. Strukturlar fikrimə hörmət etsələr, növbədənkənar prezident seçkilərində iştirak edəcəyəm. Bu, şəxsən mənim fikrimdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

“Hər halda Siyasi Şuranın qərarı lazımdır, qurultay çağırılmalıdır. Mərkəzi Seçki Komissiyasının tələbinə uyğun olaraq bu cür olmalıdır. Bütün bunlar olsa, imzatoplama kampaniyasına başlasaq, bu işi uğurla başa çatdıra bilərik”, - o deyib.

 

Aytəkin Qardaşova 

Tarix: 7 Dekabr 2023, 16:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin