BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanda əsirlikdə olan hərbçilərin valideynləri: “Cənab Prezidentimizə təşəkkür edirik, biz anaları həsrətdə qoymadı…”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı Azərbaycanın 32 erməni hərbçini, Ermənistanın isə 2 azərbaycanlı hərbçini azad edəcəyi ilə bağlı birgə bəyanat yayıb. Bildirilib ki, bu, humanizm dəyərləri rəhbər tutularaq və xoşməramlı addım olaraq atılır.

 

Ermənistan tərəfindən əsir götürülən hərbçi Aqşin Bəbirovun anası Dürdanə Bəbirova bu barədə Pravda.az-a sevincini bölüşüb: “Dövlətimiz bu şad xəbəri verdi, biz anaları diriltdi. Sevincimdən danışa bilmirəm. Allah Prezidentimizi, dövlətimizi, millətimizi qorusun”.

 

Ermənistanda əsirlikdə olan digər hərbçi Hüseyn Axundovun anası Şəlalə Axundova da saytımıza sevincini bölüşüb: “Sevincimdən ürəyim partlayır, danışa bilmirəm. Cənab Prezidentimizə təşəkkür edirəm, biz anaları həsrətdə qoymadı. İnanırdım ki, dövlətimiz öz əsgərini düşmən əlində qoymayacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 7 Dekabr 2023, 21:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin