BURADA REKLAMINIZ OLA
BİLƏR

İranlı iş admına məxsus çipsi istehsalçısının iddiası ilə bağlı QƏRAR

Bakı Kommersiya Məhkəməsində "Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı" MMC-nin (YTP-Texnopark) rezident şirkətinin "Tak Noosh Group” MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günay Namazovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, iddia rədd edilib.
 

Qeyd: "AMEA Yüksək Texnologiyalar Parkı" MMC "Tak Noosh Group” MMC-ni məhkəməyə verərək müqavilələrin ləğv edilməsi barədə tələb irəli sürüb.


Xatırlatma: Mətbuatda yayılan məlumata görə, "Tak Noosh Group” MMC iranlı iş adamlarından birinə məxsus şirkətdir. Maraqlıdır ki, şirkət Azərbaycanda fəaliyyət göstərsə də,  Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında adı çıxmır. 


Texnoparkın rezidenti olan bu şirkət çipsi istehsalçısıdır və Azərbaycanda çipsi istehsal etməliymiş.


Texnoparkla "Tak Noosh Group” MMC arasındakı məhkəmə çəkişməsində iddiaçı bu şirkətdir. 


Məlumata görə, məhkəmə çəkişməsinin səbəbi YTP-nin müqavilə öhdəliklərinə əməl etməməsi ilə bağlıdır. 

 

Kamal Məmmədov 


Tarix: 8 Dekabr 2023, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin