BURADA REKLAMINIZ OLA
BİLƏR

Özünü vəzifəli şəxs kimi təqdim edən məhkumla bağlı qərar çıxarıldı

Ali Məhkəmədə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə ittiham edilən Zaman Xəkiyevin (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


Qaradağ Rayon Məhkəməsinin hökmü ilə o, 9 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Zaman Xəkiyevin cəzasını 1500 manat miqdarında cərimə cəzası ilə əvəz edib. Məhkumun həbsdə saxlama müddəti nəzərə alınaraq onun üzərində 1000 manat məbləğində cərimə cəzası saxlanılıb.


İttihama görə, Zaman Xəkiyev özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyib, zərərçəkmişlər - Səma Məmmədova ilə Ballı Qafarovanın (hər ikisinin ad, soyadı şərti) hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədib.


Onun barəsində Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov 

Tarix: 8 Dekabr 2023, 08:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin