BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə oyuncaq tapança ilə “zapravka”ya basqın edən şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirləndirilən Həsən Mansurovun barəsində olan hökmdən yenidən verilən apellyasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


Qeyd: Hadisə 2018-ci il aprelin 16-da, gecə saat 03.00-da Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birində qeydə alınıb.


Belə ki, 2 maskalı şəxs orada operator işləyən 3 nəfəri tapançaya oxşar əşya ilə hədələyib, onlardan 867 manat pul alaraq hadisə yerini tərk edib.


Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - H.Mansurov və əvvəllər məhkum olunmuş B.Camalov saxlanılıblar. Əməliyyat zamanı onlardan birinin yaşadığı evə baxış zamanı oradan hadisə vaxtı istifadə etdikləri oyuncaq tapança və maska aşkar edilərək götürülüb.


Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Mansurov 11 il, B.Camalov isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov 

Tarix: 8 Dekabr 2023, 10:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin