BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 19 yaşlı gənci bıçaqlayam şəxslə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsinin 19 yaşlı gənci bıçaqlamaqda təqsirləndirilən Murad Zərbəlizadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayəti təmin edilməyib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü iıə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Hadisə ötən ilin noyabrında Nizami rayonu ərazisində qeydə alınıb. Belə ki, Heydər Əliyev prospekti 265 ünvanında M.Zərbəlizadə şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı 19 yaşlı Fərhad Soltanovu bıçaqlayıb. Zərbələr onun qarın və sol baldırına dəyib. Daha sonra M.Zərbəlizadə saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov 

Tarix: 8 Dekabr 2023, 10:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin