BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank "Bravo"ya cərimə protokolu yazdı

"Azərbaycan Supermarket" MMC-nin ("Bravo") barəsində cərimə protokolu yazılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.


Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.


İş hakim Nigar Qədirlinin icraatına verilib.


Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 19-na təyin edilib.

 

Kamal Məmmədov 

Tarix: 9 Dekabr 2023, 14:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin