BURADA REKLAMINIZ OLA
BİLƏR

380 dərəcə şaxta olacaq?

Qazaxıstanın şimal vilayətlərinin sakinləri səhvən bu ərazilərdə temperaturun -380 °C-ə qədər enməsini göstərən SMS mesajları alıblar.

 

Pravda.az axar.az-a istinadən bildirir ki, bu barədə RİA məlumat yayıb.

 

Hadisə dekabrın 8-də baş verib və şaxta barədə məlumat elə həmin gün daxil olub.

 

"Şimali Qazaxıstan vilayətinin ərazisində -380 °C-ə qədər şiddətli şaxta var. Orta məktəbdə dərslər ləğv edilir", - deyə məlumatda bildirilir.

 

"Tele2" mobil operatorunun mətbuat xidməti isə mesajda yanlışlığa yol verildiyini, dərəcə simvolunun "0" ilə yazıldığını və nəticədə -38 dərəcənin -380-nə çevrildiyini bildirib.

Tarix: 9 Dekabr 2023, 22:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin