BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur aktyor vəfat etdi

1970-ci illərin aparıcı Hollivud ulduzu Rayan O'Nil vəfat edib. Lent.az.az xəbər verir ki, aktyor ABŞ-də 82 yaşında dünyasını dəyişib. Bu barədə onun oğlu Patrik məlumat yayıb.

 

Qeyd edək ki, 2001-ci ildə Rayana xroniki leykoz, 2012-ci ildə isə prostat xərçəngi diaqnozu qoyulub.

 

O, “Məhəbbət hekayəsi” ("Qızıl Qlobus" və "Oskar"), “Nə var, doktor?”, “Əsas hadisə”, “Kağız ay” ("Qızıl Qlobus"), “Barri Lindon” filmlərindəki rolları ilə dünya şöhrəti qazanıb.

Tarix: 10 Dekabr 2023, 09:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin