BURADA REKLAMINIZ OLA
BİLƏR

Abşeronda avtomobillə bacıları vuran sürücüyə hökm oxundu

Abşeron Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Yunus Musayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.


Qeyd: hadisə 04 aprel 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Novxanı kəndində qeydə alınıb.


Belə ki, Musayev Yunus Elçin oğlu idarə etdiyi “Kia Optima” markalı avtomobil ilə piyadalar - 2013-cü il təvəllüdlü Hüseynli Gülər Rəhman qızını və onun bacısı, 2014-cü il təvəllüdlü Hüseynli Gülnur Rəhman qızını vuraraq ağır xəsarət yetirib. Daha sonra Gülər Hüseynli aldığı xəsarətlərdən müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb.


Hadisədən sonra Yunus Musayev cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov 

Tarix: 11 Dekabr 2023, 08:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin