BURADA REKLAMINIZ OLA
BİLƏR

Toyda mahnı sifarişi üstündə qohumlarını bıçaqlayan şəxs apellyasiya şikayəti verdi

Gəncədə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Rüfət Həsənzadənin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Gəncə Apellyasiya Məhkəməsinin hakimi Rafiq Cəfərovun sədrliyi ilə araşdırılacaq.
 

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 13-nə təyin edilib.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


Qeyd: Hadisə ötən ilin iyun ayında Gəncə şəhərində yerləşən “Min Bir Gecə” şadlıq sarayında qeydə alınıb. Belə ki, Samux rayon sakini Namiq Məmmədov, İmişli rayon sakinləri - Şəfaət İslamlı və onun həyat yoldaşı R.İslamlının kəsici-deşici alətlə, daxilə keçən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.


Hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini R.Həsənzadə saxlanılıb. İlkin araşdırma zamanı müəyyən olunub ki, R.Həsənzadə şəhər ərazisindəki şadlıq saraylarından birində musiqi sifarişinə görə N.Məmmədov ilə mübahisə edib. O, N.Məmmədova bıçaqla xəsarət yetirən zaman öz bacısı və bacısının həyat yoldaşı ona mane olmağa çalışıb. Bu zaman R.Həsənzadə onlara da müxtəlif xəsarətlər yetirib.


Faktla bağlı R.Həsənzadə barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.

 

Kamal Məmmədov 

Tarix: 11 Dekabr 2023, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin