BURADA REKLAMINIZ OLA
BİLƏR

Özünü SOCAR-ın yüksək vəzifəlisi kimi təqdim edən şəxsin yenidən məhkəməsi başladı

Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etməkdə təqsirləndirilən Sübhan Tağıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
 

Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
 

İttihama görə, Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü Sübhan Tağıyev özünü bir neçə vətəndaşa Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resursları şöbəsinin səlahiyyətli şəxsi, digər şəxslərə isə “İdeal” adlı şirkətin müdiri kimi təqdim edib, SOCAR-da geniş əlaqələrə malik olduğunu deyib. O, həmin şəxslərə adının isə "     Akşin" olduğunu söyləyərək onları işə düzəldəcəyi vədini verib. Sübhan Tağıyev aldatdığı vətəndaşlardan ümumilikdə 7 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirib.
 

Daha sonra aldaldıqlarını görən şəxslər hüquq-müdafiə orqanlarına müraciət edib və Sübhan Tağıyev saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
 

Məhkəmədə Sübhan Tağıyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və deyib ki, heç bir yerdə işləmir.


Kamal Məmmədov 

Tarix: 11 Dekabr 2023, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin