BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azər toxum” barəsində protokol tərtib olundu

 

“Azər toxum” MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 198.2-ci (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Yevlax Rayon Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 11 Dekabr 2023, 15:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin