BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərxoş kişi kafedə onu qarşılamayan qadın ofisiantı döyərək hədələdi

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Samir Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 2 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Samir Əsədovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və məhkəmə zalından azadlığa buraxılıb.


İttihama görə, hadisə 13 iyun 2023-cü il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən kafelərin birində qeydə alınıb.


Belə ki, Samir Əsədov sərxoş vəziyyətdə zərərçəkmiş Səlimə Məmmədovun (şərti) icarə əsasında işlətdiyi kafeyə gələrək orada ofisiant işləyən zərərçəkmiş Maya Quliyeva (şərti) ilə mübahisə edib. O, ofisianta onu qarşılmadığını bəhanə edərək iki əli ilə Mayanın boğaz nahiyəsindən tutub sıxıb. Sonra Samir başı ilə qadının alın nahiyəsindən bir dəfə vuraraq yerə yıxıb. Daha sonra o, Mayanın qolundan tutaraq yerdə sürüyərək ona xəsarət yetirib.
Bundan başqa, Samir kafenin giriş qapısının sol tərəfindəki şüşəbəndini yumruqla vuraraq sındırıb. Təqsirləndirilən şəxs yerə tökülmüş şüşə parçasından birini götürüb ondan silah qismində istifadə etməklə ofisiantın üzərinə hücum edib vuracağı ilə hədələyib.


Hadisədən sonra Samir Əsədov cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov 

Tarix: 12 Dekabr 2023, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin