BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını maşında uşağının gözü qarşısında döyən şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Daşqın Mansırzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilib.


İttihama görə, hadisə 16 sentyabr 2023-cü il tarixdə, saat 10 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində qeydə alınıb.


Belə ki, Daşqın Mansırzadə etibarnamə əsasında idarə etdiyi “VAZ-2107” minik markalı avtomobildə olarkən nəqliyyat vasitəsində sərnişin qismində əyləşən həyat yoldaşı Fəridə Mansırzadə (şərti) ilə ailə məişət zəminində mübahisə edib. Daha sonra o, arxaya çevrilib əli ilə zərərçəkmiş şəxsin sifət, göz, baş nahiyələrindən qəsdən ardıcıl zərbələr vuraraq, ona yüngül xəsarətlər yetirib.


Hadisədən sonra Daşqın Mansırzadə cinayət məsuliyyətinə cəlb edilib. Sonradan zərərçəkmiş şəxslə barışıb, arvadı ondan şikayətçi olmayıb.


Qeyd: Hadisə zamanı avtomobildə onların azyaşlı qız övladları da olub.

 

Kamal Məmmədov 

Tarix: 12 Dekabr 2023, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin