BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə insan alverçisi ilə bağlı qərar verdi

Ali Məhkəmədə insan alverində təqsirləndirilən Təranə Qarayevanın barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Qarayeva 8 il azadlıqdan məhrum edilib.


Qeyd: Təranə Qarayeva DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İttihama görə, o, iki azərbaycanlı qadını istismar məqsədilə Türkiyəyə aparıb.


Qadınları cinsi istismara məruz qoyma faktı ilə əlaqədar Təranə Qarayevanın barəsində Cinayət Məcəlləsinin 144-1 (insan alveri) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov 

Tarix: 12 Dekabr 2023, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin