BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə dələduzluqda ittiham edilən qadın barədə qərar verdi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda ittiham edilən Zəminə Qafarovanın (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Nərimanov Rayon Məhkəməsinin çıxardığı 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü ləğv olunub. O, cinayət məsuliyyətindən və cəzadan azad edilib, barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilib və dərhal məhkəmə iclas zalında həbsdən azad edilib. Mülki iddia üzrə icraata xitam verilib.


İttihama görə, Zəminə Qafarova etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü işgüzar və nüfuzlu şəxs kimi təqdim etməklə zərərçəkmiş şəxs Nahid Xəlilovun (şərti) oğlunu Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) 10-cu dərəcəli elektrik mühəndisi vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalandan vəd verib. Belə ki, o, 19 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 72 ünvanında yerləşən 9 saylı notariat ofisində həmin şəxslə arasında kredit müqaviləsi bağlanmasına nail olub, 10 000 manat pulunu alaraq ələ keçirib.


Daha sonra zərərçəkmişin şikayəti əsasında qadın cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 12 Dekabr 2023, 09:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin