BURADA REKLAMINIZ OLA
BİLƏR

Ailələr arasında ədavət: Qadın qaynı oğlunu küçədə döydü

Astara Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zəminə Əsədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.


İttihama görə, hadisə bu il Astara rayon ərazisində qeydə alınıb.


Belə ki, Zəminə Əsədova daha əvvəl aralarında ədavət olan qayını oğlu, zərərçəkmiş Səfər Əsədovla (şərti) küçədə mübahisə edərək onu təhqir edib. Daha sonra qadın əlindəki ağac parçası ilə zərərçəkmişin sol bazu və kürək nahiyələrinə bir neçə dəfə vuraraq, ona xəsarət yetirib. Eyni zamanda təqsirləndirilən şəxs həmin ağac parçası ilə Səfərin idarə etdiyi “Ford Tranzit” markalı avtomobilin kapot və sol qapının yuxarı hissəsində quraşdırılmış plasmas qurğuya vuraraq zədələyib. Ümumilikdə zərərçəkmiş şəxsə 150 manat maddi ziyan vurub.

Kamal Məmmədov 

Tarix: 12 Dekabr 2023, 10:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin