BURADA REKLAMINIZ OLA
BİLƏR

Usta çalışdığı mağazadan telefon oğurladı - HÖKM

Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Fuad Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə bu il Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən “BEST Telecom” telefon aksesuarları mağazasında qeydə alınıb.

 

Belə ki, Fuad Məmmədov zərərçəkmiş Bayram Kərəmovun (şərti) icarə əsasında işlətdiyi mağazada telefon təmiri ustası işləyib. O, mağazadan vitrinə qoyulmuş hər birinin dəyəri 200 manat olan ümumi 1000 manat dəyərində 5 ədəd “Redmi 10 C” markalı mobil telefon aparatlarını və həmin obyektin kassasında olan 138 manat nağd pulu gizli olaraq talayıb.

 

Hadisədən sonra Fuad Məmmədov cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

Tarix: 12 Dekabr 2023, 10:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin