BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə istehsal edilən dərmanın üzəri niyə rus dilində yazılıb? - “AzeriMed” AÇIQLADI

Türkiyədə istehsal edilən və “AzəriMed”in ölkəyə idxal etdiyi dərmanların qutusunun üzərinin rus dilində yazılması narazılıq yaradıb.

 

Pravda.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.

 

Məsələni araşdırmaq üçün saytımız tərəfindən “AzeriMed”ə sorğu ünvanlanıb.

 

Şirkətdən verilən açıqlamada bildirilib ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tələblərinə görə, Azərbaycanda qeydiyyata alınan dərman vasitələrinin qutuları Azərbaycan, türk, rus və ya inglis dilində təsdiqlənə bilər: “Yalnız içlik vərəqəsinin Azərbaycan dilində təsdiqlənməsi vacibdir. "AzəriMed" QSC tərəfindən idxal olunan bütün dərman vasitələri bu tələblərə cavab verir. Dərman vasitələrinin ölkəmizə təhcizatında gecikmələr olmaması üçün istehsalçılar dərman vasitələrinin qutularını yaxın ölkələr üçün uyğunlaşdırırlar. İdxalçı "AzəriMed" QSC olduğu üçün və məhsulla bağlı suallara cavab vermək məqsədilə şirkətimizin adı həmin dərman qutusuna əlavə edilib”.

 

Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 12 Dekabr 2023, 11:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin