BURADA REKLAMINIZ OLA
BİLƏR

"Coca-Cola"nln bu şirkətə qarşı məhkəməsi başladı

Bakı Kommersiya Məhkəməsində "Azərbaycan Koka-Kola  Bottlers Limited" ("Coca-Cola") MMC-nin “Bakery Group” MMC-yə qarşı iddiası əsasında məhkəmə başlayıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.


Məhkəmənin növbəti iclası dekabrın 22-nə təyin edilib.


Qeyd: "Coca-Cola" şirkəti “Bakery Group” MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Kamal Məmmədov 

Tarix: 13 Dekabr 2023, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin