BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi evə gec gələn arvadının sifərinə “şıram” çəkdi - QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Abbas Səmədovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayəti təmin edilməyib.


Göygöl Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 25 iyun 2023-cü il tarixdə, saat 23 radələrində Göygöl şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb.


Belə ki, Abbas Səmədov qeyri-rəsmi olaraq ər arvad münasibətində yaşadığı zərərçəkmiş Səma Quliyevanı (şərti) küçədə görüb. O, qadına gec saatlarında hansı səbəbdən yaşadığı mənzilə qayıtdığını soruşaraq, uca səslə nalayiq ifadələr işlədib. Daha sonra təqsirləndirilən şəxs üzərində olan kəsici alətlə ətrafa toplaşan şəxslərin gözü qarşısında Səmanın sifət nahiyəsinə bir neçə zərbə endirib. Nəticədə Abbas qadının sol yanaq nahiyəsinin deşilmiş-kəsilmiş yarası, alın, alt çənə, sağ diz və sol said nahiyələrinin sıyrıqları ilə müşayiət olunan və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən xəsarət yetirib.


Hadisədən sonra Abbas Səmədov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 13 Dekabr 2023, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin