BURADA REKLAMINIZ OLA
BİLƏR

Qonşu evinin hasarına icazəsiz çıxan şəxsin yumruqla dodağını partlatdı

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Rauf Həsənlinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilib.


İttihama görə, hadisə 19 oktyabr 2023-cü il tarixdə, saat 09:30-da Abşeron rayonu, Saray qəsəbəsində qeydə alınb.


Belə ki, Rauf Həsənli yaşadığı ünvanın qarşısında dayanarkən bir neçə gün əvvəl qonşu həyətdən zeytun yığmaq üçün onun evinin daş hasarının üzərinə icazəsiz qalxmış zərərçəkmiş Mahir Alıyevi (şərti) görüb. O, buna görə zərərçəkmişə şifahi irad bildirib. Mahir isə ona kinayəli cavab verib. Buna görə Rauf əsəbiləşib və tərəflərin arasında mübahisə düşüb. Daha sonra o, Mahirin üzərinə hücum edərək onun sifət nahiyəsindən qəsdən yumruqla zərbə vurub. Nəticədə Rauf zərərçəkmişin başın ənsə nahiyəsinin dərialtı hemotoması, alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası, sağçənə bucağı və sağ yanaq nahiyəsini əhatə edən qançır-şişkinliyi ilə müşayiət olunan dərəcəsinə görə xəsarətlər yetirib.


Hadisədən sonra Rauf Həsənli cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 13 Dekabr 2023, 09:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin