BURADA REKLAMINIZ OLA
BİLƏR

Maşını məktəbin qarşısında düzgün yerdə saxlamayan sürücü piyadanı döydü

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Samir Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 1000 manat məbləğində cərimə cəzası təyin edilib.


İttihama görə, hadisə 04 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbin inzibati binasının qarşısında qeydə alınıb.


Belə ki, Samir Məmmədov etibarnamə əsasında idarə etdiyi “Kia Pregio” mikroavtobus markalı avtomobili faktiki olaraq piyadaların rahat keçidinə mane olan yerdə saxlayıb. Bununla bağlı olaraq, ona piyada, iş üzrə zərərçəkmiş Kərəm Dadaçov (şərti) sözlə şifahi irad bildirib. Daha sonra Samir onun üzərinə hücum edərək zərərçəkmişin sifətinin sol, yəni çənə nahiyəsindən qəsdən yumruqla bir dəfə zərbə vurub. Nəticədə Kənan xəsarətlər alıb.


Hadisədən sonra Samir Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.


Qeyd: Samir Məmmədov 3 nömrəli məktəbin sağirdlərini məktəbə aparıb-gətirir.

 

Kamal Məmmədov 

Tarix: 13 Dekabr 2023, 10:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin