BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərxoş gənc kafedə ona kobud davranan şəxsi bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Daşqın Mansırzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, haim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 30 dekabr 2022-ci il tarixdə, saat 2 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq küçəsində yerləşən “111 Restoran” adı ilə fəaliyyət göstərən kafedə qeydə alınıb.


Belə ki, 1997-ci il təvəllüdlü Daşqın Mansırzadə sərxoş vəziyyətdə olan zaman onunla eyni masada əyləşən zərərçəkmiş Kərim Kərimzadə (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin onunla kobud rəftar etməsi olub. Bu zaman təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçaqla qəsdən bir neçə dəfə Kərimi vuraraq ona xəsarət yetirib.


Hadisədən sonra Daşqın Mansırzadə cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 14 Dekabr 2023, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin