BURADA REKLAMINIZ OLA
BİLƏR

İrandan Azərbaycana qanunsuz keçən iraqlıya cəza verildi

Astara Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən İraq vətəndaş Habil Hafisin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə hər üç şəxs 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

İttihama görə, İraq vətəndaşı Habil Hafis 04 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq pozub.

 

Belə ki, o, Azərbaycanın mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin (DSX) “N” nömrəli hərbi hissəsinin Astara rayonunda yerləşən sərhəd zastavasının xidməti sahəsindən İrandan Azərbaycana keçdikdən sonra DSX-nin hərbi qulluqçuları tərəfindən saxlanılıb.

 

Əcnəbi barəsində Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

Tarix: 14 Dekabr 2023, 08:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin