BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə həbsdə olan eks məmurla bağlı qərar çıxardı

Ali Məhkəmədə dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Faiq Camalov, Samir Əsədov və Mahir Qafarovun (hər üç şəxsin ad, soyadı şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayəti təmin edilməyib.

 

İttihama görə, Faiq Camalov İmişli Rayon İcra Hakimiyyətinin başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyərkən tanışları – Samir Əsədov və Mahir Qafarovla qabaqcadan əlbir olan qrup halında özgəyə məxsus əmlakı ələ keçirib aralarında bölmək məqsədi ilə, öz qulluq mövqeyindən istifadə edərək sonuncuların vasitəsi ilə bir qrup İmişli rayonu sakininə onları, qohumlarını və digər tanışlarını ödənişli ictimai işçi kimi sənədləşdirilmək, eləcə də onlara ünvanlı sosial yardım ayrılmaq imkanına malik olduqlarını yalandan bildirib. Həmin şəxslər vətəndaşların ümumilikdə 42 600 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faiq Camalov 4 il və Samir Əsədov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Mahir Qafarov isə 8500 manat miqdarında cərimə cəzasına məhkum olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi şikayət və protesti qismən təmin edib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

 

Belə ki, oların təqsirliliyi sübuta yetmədiyinə görə, CM-in 32.4, 312.2-ci maddəsi ilə bəraət verilib, həmin hökmdən məhkumun CM-in 32.4, 312.2-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilib və Faiqlə Samirin cəzası 3 ilə endirilib. Mahirə isə 2 il həbs cəzası verilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 14 Dekabr 2023, 08:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin