BURADA REKLAMINIZ OLA
BİLƏR

Kürəkənini öldürən qayınata ilə bağlı məhkəmə qərarı açıqlandı

Ali Məhkəmədə qətl törətməkdə ittiham olunan Azər Cəfərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayəti təmin edilməyib.

 

Qeyd: Hadisə 2021-ci il dekabrın 13-də paytaxtın Xəzər rayonunda baş verib. Belə ki, A.Cəfərov aralarında şəxsi münasibətlər zəminində münaqişə zamanı odlu silahdan atəş açaraq kürəkəni Rəşad Məmmədovu qətlə yetirib. Daha sonra A.Cəfərov saxlanılıb.

 

İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Cəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Ali Məhkəməsi isə onun kassasiya şikayətini təmin etməyib.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tarix: 14 Dekabr 2023, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin