BURADA REKLAMINIZ OLA
BİLƏR

Mübariz Mənsimov Masallının kəndinin yolunu işıqlandırdı - FOTO

"Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənnsimovun vəsaiti hesabına Masallı rayonunun Miyankü kəndinin yolu işıqlandırılıb.


Pravda.az-ın xəbərinə görə, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.


"Ötən gecə Masallının Miyankü kəndinə aparan yol işıqlandı. Xatırladım ki, Mübariz Mənsimov həbs olunmamışdan əvvəl bu yolun işıqlandırılması ücün tələb olunan vəsaitin ayrılması barədə göstəriş vermişdi.
Nəhayət, kəndimizin yolları bundan sonra gecə saatlarında işıqlanacaq. Fəxrimiz və qürurumuz Mübariz bəy Mənsimov başda olmaqla bu işin ərsəyə gəlməsində xidməti və zəhməti olanların hər birinə təşəkkür edirəm. Allah hamınızdan razı olsun" - F.Quliyeva qeyd edib.

Fotoları təqdim edirik
Tarix: 11 May 2020, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin