BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə “İnsan alverçisi” ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə insan alverində təqsirləndirilən 1962-ci il təvəllüdlü Məsdan Dadaşovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına hökm edilib.

 

İttihama görə, Məsdan Dadaşova 2019-cu ilin oktyabr ayından 2020-ci ilin yanvar ayının ortalarınadək Sumqayıtdan şərti adları Səma, Maya və Laləni aldadaraq yaşadığı Türkiyənin Aksaray şəhərinə aparıb. O, həmin qızları Türkiyədə gəlirli işlə təmin edəcəyini bildirərək aparıb və onları kirayə tutduğu evdə yerləşdirib. Qızların sənədlərini ələ keçirən Məsdan daha sonra onları hədələyərək və çıxılmaz vəziyyətə salaraq fahişəliyə məcbur edib və müxtəlif şəxslərlə görüşərək pul qarşılığında cinsi əlaqədə olmağa məcbur edib. Məsdan Dadaşov insan alveri əməllərini özünün yaşadığı pansionatda da davam etdirib və qızları müştərilərlə orada da görüşdürüb.

 

Qızlardan ikisi daha sonra Məsdan tərəfindən otelə göndərilərkən oradan polisə zəng edib. Onlar insan alveri qurbanı olduqlarını bildiriblər və polisin köməkliyi ilə Türkiyədən Azərbaycana deportasiya ediliblər. Digər qız isə Məsdanın yanında qalıb və onun təşkilatçılığı ilə hər gün azı 4 nəfərlə görüşərək cinsi əlaqədə olub. Lakin həmin qız da sonradan Azərbaycana qayıdıb və Məsdanın əməlləri barədə məlumat verib.

 

Bundan sonra Məsdan Dadaşov barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və daha artıq şəxsə qarşı törədildikdə) maddəsi ilə iş açılıb. O, ötən ilin mart ayında tutulub.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

Tarix: 14 Dekabr 2023, 09:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin