BURADA REKLAMINIZ OLA
BİLƏR

Protokol: “Farko” MMC ətraf mühitin mühafizəsi tələblərinə əməl etməyib

“Farko” MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Abşeron Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 14 Dekabr 2023, 10:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin