BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıya yağış əvəzinə, niyə palçıq yağır? – “Bundan sonra yağış suyu təmiz olacaq”

Bir neçə gündür, paytaxta yağan intensiv yağış sularının çirkli, palçıqlı olması müşahidə edilir.

 

“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli Pravda.az-a bunun səbəbini açıqlayıb.

Qorxmaz İbrahimli: “Suyun vətəndaşa maya dəyərindən aşağı satılması doğru  deyil” Pravda.az

O bildirib ki, palçıqlı yağış suları Bakı üzərində atmosferin həddindən artıq çirkli olmasının göstəricisidir:

 

“Uzun müddətdir. quraqlıqdır, davamlı yağışlar görməmişik. Bilirsiniz ki, Bakı şəhəri qumsal ərazidə, səhra zonasında yerləşir. Əslində, Abşeron yarımadasını yarımsəhra, səhra saya bilərik. Bakıda həddən artıq çirklənmə var. Qlobal olmasa da, yerli çirklənmə özünü göstərir, qum, toz havanı çirkləndirir. Atmosferə Şərqdən - Türkmənistan tərəfdən daxil olan qumsal havalar da şəhərə toz gətirir. Eyni zamanda Bakı ətrafındakı daş mədənlərində gedən iş havanı çirklənməsinə əsas səbəblərdəndir. Nəticədə, uzun müddət aralıqdan sonra çirkli yağışlar yağır. Bundan sonra yenə yağışlar yağsa, hər halda suyu təmiz olacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 14 Dekabr 2023, 12:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin