BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya dövlət başçısı: “ABŞ-lə münasibətləri bərpa etməyə hazırıq”

Rusiya ABŞ ilə münasibətləri bərpa etməyə hazırdır.

 

Bu barədə Rusiya Prezidenti Vladimir Putin vətəndaşlarla “birbaşa xətt”də və jurnalistlərlə geniş mətbuat konfransında deyib.

 

“ABŞ dünyada vacib və lazımlı ölkədir. Bu ölkənin imperiya siyasəti məhz onlara mane olur. Yəni bunun bizə aidiyyatı yoxdur. ABŞ-də daxili dəyişikliklər baş verərsə, o zaman münasibətlərin bərpası üçün fundamental şərait yaranacaq”, - o vurğulayıb.

 

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin bərpası üçün heç bir fundamental şərt yoxdur: “Onlar ilk növbədə başqalarına hörmət etməyə başlamalıdırlar”.

Tarix: 14 Dekabr 2023, 14:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin