BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin: Fransasız da keçinərik

Əgər Fransanın marağı olarsa, Rusiya ikitərəfli münasibətləri davam etdirməyə hazırdır.

 

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Prezidenti “Vladimir Putinlə ilin yekunları” proqramında fransalı jurnalistin sualına cavabında söyləyib.

 

“Fransa Prezidenti Emmanuel Makron ilə bizim kifayət qədər yaxşı, işgüzar münasibətləimiz var idi. Bildiyiniz kimi, mən Fransada olmuşam, cənab Makron Rusiyaya gəlib. Bizim hər zaman ikitərəfli münasibətlərə və beynəlxalq məsələlərə dair zəngin gündəliyimiz olub”, - deyə V.Putin bildirib.

 

Onun sözlərinə görə, Rusiya bundan sonra da Fransa ilə qarşılıqlı fəaliyyət göstərməyə hazırdır.

 

“Fransa Prezidenti hansısa məqamda bizimlə əlaqələri kəsdi. Mən deyil, o kəsdi. Əgər maraq varsa, buyurun, biz hazırıq. Maraq yoxdursa, Fransasız da keçinərik”, - deyə Rusiya lideri qeyd edib.

Tarix: 14 Dekabr 2023, 17:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin