BURADA REKLAMINIZ OLA
BİLƏR

Tütün məmulatlarına qadağa qoyuldu

Nepalın paytaxtı Katmanduda bütün növ tütün məmulatlarının çəkilməsi, satışı və saxlanmasına qadağa qoyulub.

 

Bu barədə yerli mətbuatda məlumat yayılıb.

 

Dekabrın 28-dən tütün məmulatlarına, o cümlədən xam tütünə, eləcə də bitkilərin meyvələri, sönmüş əhəng və tütün daxil olmaqla çeynəmə qarışığına (qutxu) tam qadağanın tətbiqi barədə qərar noyabrın 28-də elan edilib. Katmandu administrasiyasının nümayəndəsi Navina Manandharın sözlərinə görə, bu tədbir tütün tənzimləmə qanununa uyğun olaraq həyata keçirilib. Qərarın icrasına nəzarət etmək üçün bələdiyyə polisi, o cümlədən mülkilər cəlb ediliblər.

 

“Hər hansı mağazada və ya köşkdə tütün məmulatları aşkar edilərsə, onlar dərhal müsadirə olunacaq”, - deyə Manandhara qeyd edib.

 

Lakin belə bir tədbir maksimum iki dəfə tətbiq oluna bilər.

 

“Üçüncü dəfə satış məntəqəsi artıq bağlanacaq”, - deyə o aydınlıq gətirib.

 

Oxu.az

Tarix: 15 Dekabr 2023, 07:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin