BURADA REKLAMINIZ OLA
BİLƏR

Pensiya düzəltmək adı ilə dələduzluq edənlərin şikayəti əsasında məhkəmə başladı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elbar Haqverdiyev, Ruhəngiz Məmmədova, Niyaməddin Abasov, Pərviz Əliyev və Turac Mamedovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası dekabrın 19-na təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Niyaməddin Abasov 5 il, Pərviz Əliyev 1 il 9 ay azadlıqdan məhrum edilərək məhkəmə zalından həbs olunublar. Digər təqsirləndirilən şəxslər - Elbar Haqverdiyev, Ruhəngiz Məmmədov və Turac Məmmədov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 2 il şərti azadlıqdan məhrum etmə qərarı verilib. İş üzrə təqsirləndirilən Samirə Mirzəyevə isə istintaqdan yayındığı üçün onun barəsində olan cinayət işi ayrıca icraata verilib.

 

Qeyd: Təqsirləndirilən şəxslər müxtəlif şəxslərə yalan vədlər verərək onlara pensiya düzəldəcəkləri barədə sözlər verərək 321 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçiriblər. Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2(dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 15 Dekabr 2023, 08:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin