BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi dayanacaqda vintaçanla keçmiş kürkəninə hücum etdi - MƏHKƏMƏ

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Vahid Həsənovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, protest və şikayət təmin edilməyib. Xəzər Rayon Məhkəməsinin çıxardığı şərti cəza hökmü dəyişdirilib. Onun Cinayət Məcəlləsinin (CM) 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə tövsif olunub və Vahidə həmin maddə ilə 1000 manat məbləğində cərimə cəzası təyin edilib. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

 

İttihama görə, hadisə 2021-ci ildə, saat 10:30 radələrində Xəzər rayonu ərazisində yerləşən avtobus dayanacaqlarının birinin yaxınlığında qeydə alınıb. Belə ki, Vahid Həsənov ərazidə keçmiş kürəkəni, zərərçəkmiş Nahid Məmmədovu (şərti) heç bir səbəb olmadan dayanacaqda olan kənar şəxslərin gözü qarşısında söyüşlərlə təhqir edib. Eyni zamanda o, üzərində gəzdirdiyi vintaçanla eks kürəkənini vuracağı ilə hədələyib, üstünə gedərək vurmağa çalışıb. Daha sonra Vahid zərərçəkmiş şəxslə əlbəyaxa olub, onu yerə yıxaraq, Nahidə xəsarət yetirib.

 

Hadisədən sonra Vahid Həsənov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 15 Dekabr 2023, 08:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin