BURADA REKLAMINIZ OLA
BİLƏR

İrandan Azərbaycana qanunsuz keçən əfqanıstanlılara cəza verildi

Astara Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən Əfqanıstan vətəndaşları – V.P. və T.T. (hər ikisinin ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə hər iki şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdə qeyd olunub ki, həmin şəxslər cəzalarını çəkdikdən sonra Azərbaycanın hüdudlarından kənara məcburi çıxarılsın.

 

İttihama görə, Əfqanıstan vətəndaşları olan həmin şəxslər Azərbaycana qanunsuz yolla gəlmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 sentyabr 2023-cü il tarixdə, saat 06 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozublar. Belə ki, onlar dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni “N” nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən zastavanın xidməti ərazisindən qəsdən qanunsuz olaraq İrandan Azərbaycana keçdikdən sonra həmin gün saat 16:30 radələrində Bakı şəhəri ərazisində DSX-nin hərbi qulluqçuları tərəfindən saxlanılıblar.

 

Əcnəbilərin barəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 15 Dekabr 2023, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin